“Gələcəyi formalaşdırmaq: Qeyri-müəyyənliklər, reallıqlar və imkanlar” başlığı ilə keçirilən forumda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü cənab Volkan Bozkır və həmsədri xanım Vayra Vike-Frayberqa da iştirak edib.

“Türkiyə Avropa Birliyinə üzv olmaq üçün ən səbirli və etibarlı namizəd olduğunu göstərdi”

Birləşmiş Millətlər Təşkilatının 75-ci Baş Assambleyasının Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü cənab Volkan Bozkır bu ifadəni “TRT World Forum”dakı nitqində səsləndirib.

34 ölkədən 100-ə yaxın məruzəçinin iştirakı ilə bu il 6-cı dəfə keçirilən TRT World Forumunun açılışında Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan, Albaniyanın Baş Naziri cənab Edi Rama açılış nitqi səsləndiriblər. Açılışa Ukrayna Prezidenti Volodimir Zelenski də onlayn şəkildə qatılaraq ölkədə yaşanan qida böhranından danışıb.

 “Gələcəyi formalaşdırmaq: Qeyri-müəyyənliklər, reallıqlar və imkanlar” başlığı ilə keçirilən forumda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü cənab Volkan Bozkır və həmsədri xanım Vayra Vike-Frayberqa da iştirak edib.

“Dünyadakı nizamsızlıq: Geosiyasətə qayıdış” panelindəki çıxışında Volkan Bozkır bildirib ki,  “Siyasi konsensus varsa, bir həftə içində üzv olmaq olar. Əgər konsensus yoxdursa, bəhanələr uyduracaqlar”.

O, həm də, Türkiyənin NATO-dakı əhəmiyyətini vurğulayaraq deyib: “ABŞ-ın NATO-da böyük ölçüsü var, amma onu bir də Türkiyəsiz düşünün, o yerdə NATO da olmayacaq.

 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın keçmiş prezidenti xanım Vayra Vike-Frayberqa taxılın Ukrayna limanlarından çıxarılmasının vacibliyini vurğulayıb: "Meyvələri, taxılları və bütün dünyada ehtiyac duyulan məhsulları ilə zəngin olan tarlalar (Ukraynada) hər an partlamaq təhlükəsi olan xarabalıq və mina sahələrinə çevrilib".

 

Vayra Vike-Frayberqa, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri: Mən burada BMT kimi beynəlxalq qurumların, lakin Türkiyə və Prezident Ərdoğan kimi nüfuzlu dövlətlərin öz səyləri ilə nə qədər vacib olduğunu xüsusi qeyd etmək istərdim. Ukraynanın geniş, münbit tarlalarının istehsal etdiyi taxılın heç olmasa bir hissəsi ölkəni tərk edə bilərdi.

O, həmçinin BMT-nin "köhnəlmiş" strukturunu və çox ehtiyac duyulan sülhü təmin etmək üçün tamamilə iflic olduğunu söyləyərək tənqid edib.