Bosniya və Herseqovinanın sabiq Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olub
Published 17 November 2022
Dünən səlahiyyətlərini təhfil verən Bosniya və Herseqovinanın 2018-2022 illərdəki Prezidenti Şefik Dzaferoviç Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGIC) üzvü olub.
Bildirilir ki, Şefik Dzaferoviç 2018-2022-ci illərdə Bosniya və Herseqovona Prezidentliyinin Bosniak üzvü kimi fəaliyyət göstərmişdir.
Şefik Dzaferoviç vəzifədə olduğu illər ərzində Azərbaycan Respublikası Prezidentinin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən 6/7/8/9 Qlobal Bakı Forumları; Mərkəzin İtaliya Prezidentinin himayəsi ilə keçirilən Roma Ali Səviyyəli toplantısı, BMT çərçivəsində təşkil olunan Nyu-York Ali Səviyyəli toplantılarında iştirak etmiş və Mərkəzin üzvlərini Sarayevoda keçirilən 10 dan çox toplantısında qəbul etmişdir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) müxtəliflik, tolerantlıq, dialoq, anlaşma və müştərək cəmiyyətlər prinsiplərinə həsr olunmuş beynəlxalq təşkilatdır.
Bu prinsiplər XII əsr şairi və arifi Nizami Gəncəvinin müdafiə etdiyi dəyərlərdir. NGBM-i şərq mədəniyyətinin dahilərindən sayılan Nizami Gəncəvi və onun irsi ilə bağlı bir sıra tədqiqat və sənədləşdirmə layihələri reallaşdırıb. NGBM eyni zamanda dünyanın çağırışlarını müzakirə etmək və mövcud problemlərin həlli yollarını araşdırmaq üçün dövrümüzün ən görkəmli adamlarını bir araya toplayır.
Mövcud olduğu 10 il ərzində NGBM 20-dən çox ölkədə (o cümlədən Azərbaycan, Belçika, Çin, Misir, Yunanıstan, İtaliya, İordaniya, Latviya, Polşa, İsveçrə, Türkiyə, ABŞ və s.) 25 Ali Səviyyəli Görüşlərə, 12-dən çox Fakt Araşdırıcı Missiyaya və 24-dən çox koordinasiya görüşlərinə ev sahibliyi etmişdir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Nizami Gəncəvi və digər dahilərin əsərlərin toplandığı xüsusi Kitabxanaya ev sahibliyi edir.