Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Bəhreyn Krallığında keçirilən “Şərq və Qərb: İnsanların birgəyaşayışı” mövzusunda keçirilən beynəlxalq toplantıda iştirak edir.
Published 5 November 2022
Dinlərarası dialoqun yaradılması, ekstremizmə qarşı birgə mübarizə, tolerantlığın təbliğ olunmasına həsr olunmuş Bəhreyn Dialoq Forumu Kral Həməd ibn İsa Əl-Xəlifə, Əl-Əzhər Universitetinin baş imamı Şeyx Əhməd Əl-Tayyib, Roma Papası Fransiskin himayəsi və BMT Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Miquel Moratinos, NGBM-in üzvləri İkmələddin İhsanoğlu, Nobel Mükafatçısı Kailaş Satyarti və bir çox nüfuzlu şəxslərin iştirakı ilə baş tutub.
Tədbir çərçivəsində Mərkəzin baş-katibi Rövşən Muradov və Əl-Əzhər Universitetinin rəhbəri və Əl-Əzhər məscidinin baş imamı Şeyx Dr. Əhməd Əl-Tayyiblə görüş keçirilib. Görüş zamanı hal-hazırda dünyada baş verən qlobal problemlərin müzakirəsi ilə yanaşı Mərkəzin Çin, ABŞ, Avropa İttifaqı, Qərbi Balkanlar, İndoneziya və Misir Respublikasında reallaşdırdığı beynəlxalq layihələr də müzakirə olunub.
Bildirilir ki, Şeyxin himayəsi və Mərkəzin təşkilatçılığı ilə dünyada sülh, dialoq, tolerantlıq və müştərək cəmiyyətlərin bərqarar olunması istiqamətində yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulub.
O cümlədən, Mərkəzin Azərbaycan Respublikası Prezidentinin sərəncami ilə elan edilmiş “Nizami ili” çərçivəsində, Nizaminin 880 illik yubileyi ilə əlaqədar nəşr etdirdiyi “Qələmin Sehri” – Nizami Gəncəvinin Xəmsəsindən seçilmiş əlyazmalar kitabının xüsusi nəşri Şeyxə təqdim edildi. Daha sonra, Şeyxə Mərkəzin İdarə Heyətin adından qarşıdan gələn 10-cu Qlobal Bakı Forumuna dəvət təqdim olunub.
Görüşün sonunda Şeyx Əhməd Əl-Tayyib tərəfindən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə medal hədiyyə edildi.