Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Polşada layihələr keçirir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Polşanın Varşava şəhərinə səfər edərək Yolanta Kvasnevska və Aleksander Kvasnevski Fondu ilə görüş keçirib.

Görüşdə NGBM-in İdarə Heyəti üzvü, Gürcüstanın sabiq Baş nazir müavini və sabiq Xarici İşlər naziri xanım Eka Tkeşelaşvili, Baş Katibi Rövşən Muradov və Ukraynanın sabiq birinci xanımı Katerina Yuşenkanın rəhbərlik etdiyi Fondun nümayəndələri iştirak edib.

Fondun koordinatorları müharibə köçkünləri ilə işləməklə bağlı məlumatları və öz təcrübələrini və keçirilən layihələrlər bağlı məlumatları təqdim ediblər.

Səfər çərçivəsində Varşavanın Torvar Zalında məskunlaşan məcburi köçkünlər ziyarət edildi.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Yolanta Kvasnevska Fondu əməkdaşlıq əlaqələrinin gücləndirmək məqsədi ilə Memorandum imzalayacaq.

Bundan əlavə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Yolanta Kvasnevska Fondunun birgə təşkilatçılığı ilə aprel ayında Varşavada hal-hazırkı müharibə köçkünləri ilə bağlı böyük toplantının keçiriləcəyi razılaşdırılıb.