Sloveniya prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edib

Sloveniya prezidenti Borut Pahor Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edib.

Görüşdə mərkəzin İdarə heyətinin üzvü - Gürcüstanın sabiq Baş nazir müavini, sabiq Xarici İşlər naziri Eka Tkeşalaşvili, Mərkəzin baş katibi Rövşən Muradov, baş katib müavini İlahə İbrahimli iştirak ediblər.

Görüş zamanı Sloveniya prezidentinə mərkəz regional və global miyasda keçirdiyi layihələr, Ukrayna müharibəsinin yaratdığı qaçqın krizisi, və onun yarada biləcəyi fəsadlar haqqda müzakirələr aparılıb.

Sloveniya prezidentinə qarşıda gələn IX Qlobal Bakı Forumuna dəvət təqdim edilib. Forumun mühüm əhəmiyyət daşıdığı, qlobal problemlərin müzakirə edildiyi nüfuzlu siyasi platformaya çevrildiyi vurğulanıb.

Sloveniya prezidenti Borut Pahora mərkəzin həm-sədri xanım Vayra Vike-Freiberganın müəllifi olduqu Nizami Gəncəvinin Yeddi Gözəli və ədabiyyatdan digər esselər kitabını və Qələmin Sehri Nizami Gəncəvinin Xəmsəsindən Seçilmiş miniatürlər kitabı təqdim olunub.

Qeyd edək ki, Mərkəzin nümayəndələri daha öncə Rumınya, Moldova, Polşada səfərdə olublar.