Şərqi Avropanın ilk qadın Prezidenti Nizami Gəncəvinin "Yeddi Gözəl" və ədbiyyatdan digər esselər kitabının təqdimatını edəcək

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi Şərqi Avropanın və Latviya Respubıikasının ilk qadın Prezidenti, Mərkəzin Həm-sədri olan xanım Vayra Vike-Freyberqanın Nizami Gəncəvinin "Yeddi Gözəli" və ədbiyyatdan digər esselər kitabının Kitab Mərkəzində bu gün təqdimatın edəcəkdir.

Tədbirdə Latviya Respublikasının səfiri Dainis Garančs, Azərbaycan Respublikasının Millət vəkili Qənirə Paşayeva, Latviya Respublikasının sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həm-sədri xanım Vayra Vike-Freyberga (onlayn) o cümlədən Mərkəzin üzvləri sabiq Xorvatiya Prezidenti cənab İvo Yospoviç, Mərkəzin həm-sədri cənab İsmayıl Seragəldin, Bosniya və Herzeqovinanın sabiq Baş naziri Zlatko Lagumdziya, Bolqarıstanın sabiq Prezidenti cənab Petar Stoyanovun, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov kitab və müəllif haqda çıxışları olacaqdır.

1999-2007-ci illərdə Latviya Respublikasının ilk qadın Prezidenti kimi xanım Vayra Vike-Freyberqa ölkəsinin Avropa Birliyinə və NATO-ya daxil olmasında aparıcı rol oynamışdır. 2006-ci ildən BMT-ı Baş Katibinin islahatlar üzrə Xüsusi Nümayəndəsi, Lancet Covid19 komissiyasının üzvü, Avropa Xarici Əlaqələr Komissiyasının üzvü, Avropa Kitab mükafatı komissiyasının üzvü, Qlobal Liderlər Fondunun, Madrid Klubunun, Şirak Fondunun, CONCORDİA liderliy qrupunun üzvü, İsgəndəriyyə Kitabxanasının idarə heyyətinin üzvüdür. 37 Ali Ordenlə və 16 Fəxri Doktorluqla mükafatlandırılmışdır.

Dünyanın ən nüfuzlu sabiq Prezidentlərindən biri sayılan, Baltiklərin Dəmir Ledisi tərəfindən Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi nin irsinə həsr etdiyi kitabın çap olunması çox önəmlidir.