Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Cenevrədə bir sıra görüşlər keçirib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Dr. Tedros Adhanom Qebreyesus və BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya ilə görüşlər keçirərək gələcək əməkdaşlıq, X Qlobal Bakı Forumu və ÜST və BMT-nin Cenevrə ofisi ilə tərəfdaşlıq çərçivəsində keçirəcəyi digər yüksək səviyyəli görüşləri müzakirə edib.

Xanım Vayra Vike-Freyberqa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin işinə göstərdikləri davamlı dəstəyə, eləcə də IX Qlobal Bakı Forumunda iştirakına görə Tedros Qebreyesusa və Tatyana Valovayaya təşəkkür edib.

Səfər zamanı sabiq Prezident İsveçrənin UMEF Universitetinə səfər edərək, dünyada baş verən hadisələr haqqında mühazirə oxuyub və universitetin kitabxanasına Nizami Gəncəvi haqqında kitablar hədiyyə edib.